DİQQƏT: Yaz meyvələrinin faydaları BUNLARDIR - AYDINLIQ GƏTİRİLDİ

"Yaz fəslində yetişən meyvələr həm dadlı, həm də sağlamlıq baxımından çox faydalıdır. Yaz fəsli təbiətin canlandığı, torpağın ən saf məhsullarını bizə bəxş etdiyi bir dövrdür. Bu mövsümdə süfrələrimizi bəzəyən təbii meyvələr yalnız ləzzətləri ilə deyil, həm də sağlamlığa verdikləri saysız faydalarla seçilir". Bu sözləri SİA-ya açıqlamasında sağlam qida təbliğatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, yazın ilk meyvələrindən olan çiyələk, C vitamini və antioksidantlarla zəngindir: "İmmuniteti gücləndirir, orqanizmi zərərli maddələrdən təmizləyir və dərinin parlaq görünməsinə töhfə verir. Yaz fəslinin meyvələri çiyələk, ərik, albalı, gilas, əzgil, tut, alma, armud növlərini misal göstərə bilərik.

Çiyələk C vitamini və antioksidantlarla zəngindir. İmmunitet sistemini gücləndirir, ürək-damar xəstəliklərinin qarşısını alır. Ərik A vitamini ilə zəngindir. Göz sağlamlığına müsbət təsir edir, həzm sistemini tənzimləyir. Albalı və gilas təbii ağrıkəsici və iltihab əleyhinə təsiri var. Qan dövranını yaxşılaşdırır, yuxunu tənzimləyir. Əzgil həzm sisteminə müsbət təsir edir, bağırsaqları təmizləyir. Dəmir və liflərlə zəngindir. Tut qan azlığının qarşısını alır, sinir sistemini sakitləşdirir, xolesterini tənzimləyir. Yaz mövsümünün bizə bəxş etdiyi meyvələr həm orqanizmin təmizlənməsinə, həm də yaz yorğunluğundan çıxmağa faydalıdır. Ona görə də sağlam və balanslı qidalanmaq üçün yaz meyvələrindən gündəlik rasionda geniş şəkildə istifadə edilməlidir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə