"Sərəncam Cəlilabad rayonun inkişafına mühüm bir töhfə vermiş olacaq" - Nəqliyyat eksperti AÇIQLADI

"Ümumiyyətlə Azərbaycan müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da çox ciddi irəliləyişlər olub. İstər Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə yol infrastrukturuna çox ciddi yatırımlar olub". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bu gün təkcə Cəlilabad rayonuna deyil, digər regionların iqtisadi inkişafı dövlət proqramı çərçivəsində baş tutan bir layihədir: "Bu layihənin əsas məqsədi regionların iqtisadi inkişafına təkan verə biləcək. Dövlətin əsas xüsusiyyəti cənub bölgəsini kənd təsərrüfatı məhsulları ilə təmin edən və stimul verəcək bir vasitəyə çevirməkdədir: "Bu artıq regionların inkişafına təkan verəcək addımdır. Digər bir məsələ isə burada avtomobil yollarının respublika əhəmiyyətli avtomobil yollarına yaxın əraziləridir. Bildiyimiz kimi Cəlilabad rayonu İran İslam Respublikası ilə həmsərhəddir, o cümlədən Cəlilabad rayonunun coğrafi mövqeyi də ölkənin cənub-qərb regionunu, xüsusisən işğal dövründə əziyyət çəkmiş bir çox rayonlarla təmasda olub. Onun üçün də düşünürük ki, bu və digər formada, regionların inkişafına, xüsusən də Cəlilabad rayonunun inkişafına mühüm bir töhfə vermiş olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə