Aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. SİA xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub şərq küləyi əsəcək. Havanın maksimal temperaturu, 18-22 dərəcə olacaq. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin səhər dağlıq ərazilərdən başlayaraq, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli xarakterli olacağ və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb külək gündüz arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 13-18 dərəcə isti olacaq.
Müəllif: Xeyrənsə Piriyeva
Bütün xəbərlər Facebook səhifəmizdə