Sabaha olan hava proqnozu AÇIQLANDI - Yenə də QAR yağacaq?

"Martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bəzi yerlərdə ara-bir duman olacaq: "Şimal-qərb küləyi gündüz mülayim Cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 8°-13° isti olacaq. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim qərb küləyi bəzi yerlərdə ara-bir güclənəcək. Havanın maksimal temperaturu aran rayonlarında 13°-18°, dağlıq ərazilərdə isə 5°-10° isti olacaq".

Qumral Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə