Sumqayıtda yolların qardan təmizlənməsi işləri davam edir - FOTOLAR

Sumqayıt şəhərində dünəndən başlayan qar hələ də yağmağa davam edir. SİA xəbər verir ki, şəhərin müxtəlif ərazilərində kommunal xidmətlər və müvafiq qurumlar gücləndirilmiş rejimdə çalışır.

Gecə saatlarından etibarən texnikalar və işçi qüvvəsi səfərbər olunaraq yollar qardan təmizlənir. Eyni zamanda, nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün yollara qum və duz qarışığı səpilir.

Hazırda şəhərin əsas giriş-çıxış yolları nəzarətdə saxlanılır, ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti üçün zəruri tədbirlər görülür. Şəhər rəhbərliyi sakinlərə müraciət edərək hava şəraitini nəzərə almağı, mümkün olduğu qədər şəxsi nəqliyyatdan az istifadə etməyi və ehtiyatlı olmağı tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə