““Səs” qəzeti Azərbaycan xalqına xidmət edir” - HULUSİ KILIÇ

““Səs” qəzetinin yaranmasının 31 illik yubleyini ən xoş arzularımla təbrik edirəm”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Hulusi Kılıç bildirib ki, “Səs” qəzeti yarandığı gündən bu günə qədər Azərbaycan xalqına xidmət edib: "Bu önəmli missiyanı layiqincə yerinə yetirir. Doğru və düzgün xəbər vermək çox önəmlidir. “Səs” qəzeti yarandığı gündən düzgün və müasir jurnalistika təqdim etməklə Azərbaycan xalqını maarifləndirmək missiyasını uğurla yerinə yetirir. Zaman-zaman yazdığım yazılar “Səs” qəzetində dərc olunub, geniş oxucu kütləsinə çatdırılıb”.

“İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç “Səs” qəzetinin kollektivinə təbriklərini çatdırıb: “Geniş oxucu auditoriyasına malik “Səs” qəzetinə uzun ömür, redaksiya kollektivinə isə uğurlar arzulayıram”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə