“Azərlotereya”2024-cü ildə 189 dəfə böyük uduş təqdim edib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”2024-cü ildə çox sayda qazanılan böyük uduşlarla yadda qalıb.

Ötən il “Azərlotereya”nın ani və tirajlı lotereya, eləcə də “ePoz-Qazan” oyunları üzrə189 dəfə 5000 manatdan böyük uduş qazanılıb. Onlardan 143-ü “Poz-Qazan”, 29-u tirajlı, 17 ədədi isə “ePoz-Qazan” oyunlarının payına düşüb.

2024-ci ilin ən böyük uduşları “Prestij”də qazanılıb. Nə az, nə çox düz 3 ədəd biletdə 500 000 manat udulub. Bu, “Poz-Qazan” oyunlarının tarixində ən böyük uduş hesab olunur.

Digər “Poz-Qazan” oyunlarına gəlincə, 5 ədəd biletdə 100 000, 2 biletdə 75 000, 17 biletdə 50 000, daha 17 biletdə 25 000, 72 ədəd biletdə 10 000, 27 biletdə isə 5 000 manat qazanılaraq şanslı qaliblərinə qovuşub.
2024-cü ilin bəxtəvər qalibləri sırasında Hüseyn Bünyatov, Emil Cəfərquliyev, Sahib Muxtarov, İlkin İsmayılov, Ramal Məmişov, Faiq Əsədullayev, Anar Səlimov, Xəqani Bayramov, Sahil Qarayev, Sərvin Məmmədov və digərləri olub.

Ötən il həm də “Meqa 5/36”da cekpotun udulma xəbəri ilə tarixə düşüb. 425 364 manat dəyərində cekpotun sahibi Qazax sakini olub.

“ePoz-Qazan” oyunları da müxtəlif uduşlarla sahiblərini sevindirib. Ən böyük uduşlar isə “Uğurlu 7” və “20X”də olub. Ötən il bu oyunlarda 2 dəfə50 000 manat udulub.

“Azərlotereya”nın təqdim etdiyi bir-birindən maraqlı şans oyunlarında bu il də 1 milyon manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya”satış nöqtələri və “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə