Son günlər metro qatarlarında mütəmadi olaraq gecikmələr müşahidə olunur. Elə bu gün də qatarda gecikmələr olub. Qatarlar təxminən 8-9 dəqiqə gecikib.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropolitendə hazırda insfrastrukturla bağlı heç bir texniki problem yoxdur: "Hal-hazırda "28 May" və "Dərnəgül" stansiyaları arasında 9 dəqiqə interval fərqi qeydə alınıb. Həmin istiqamətdə interval 5-6 dəqiqə arasında olmalıdır. Hazırda tədris prosesində 1-ci və 2-ci dərs növbələrindən sonrakı dövr üçün metropolitendə sıxlıq müşahidə olunur. Xətdə ehtiyat qatarda verilib. Bununla belə, "Nərimanov", "Gənclik", "Elmlər Akademiyası" stansiyalarında sıxlıq müşahidə olunur. Bu səbəbdən qatarların hər stansiyada minib-düşmə prosesinin düşməsi ilə bağlı gecikmələr yaranır".
Bütün xəbərlər Facebook səhifəmizdə