“Ölkəmizdə sosial-iqtisadi vəziyyət günü-gündən inkişaf etməkdədir“ - ŞƏRH OLUNDU
“Ölkəmizdə sosial-iqtisadi vəziyyət günü-gündən inkişaf etməkdədir. Xüsusilə Qarabağ və işğaldan azad olunmuş digər regionlarımızda sürətli şəkildə şəhərsalma həyata keçirilir, infrastruktur yenilənir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.
O bildirib ki, paytaxtımız başda olmaqla ölkə ərazisində dinamik sosial-iqtisadi inkişaf davam edir: “Respublikamızın son iqtisadi müşavirəsində cənab Prezident ölkəmizdəki iqtisadi dinamikaya vurğu etdi və bildirdi ki, Azərbaycan bu gün iqtisadi cəhətdən çiçəklənən ölkədir. Azərbaycanın sosial-iqtisadi inkişafının daha sürətli və davamlı olması üçün xüsusən neft-qaz və qeyri-neft sektorunda Azərbaycanın inkişaf etməsi lazımdır. Xüsusilə ölkə başçısı qeyri-neft sektoruna toxundu və vurğuladı ki, qeyri-neft sektorundakı artım sevindiricidir, lakin Azərbaycan bununla kifayətlənə bilməz və qeyri-neft sektorundakı uğurlarımız daha da artmalıdır.
2025-ci ilin büdcəsinə baxdıqda Azərbaycanın artıq qeyri-neft sektoruna daha çox diqqət ayırdığını görürük. Xüsusilə regionlarda qeyri-neft sektorunun inkişafının planları hazırlanıb və ümid edirik ki, 2025-ci ildə bu planlar uğurla həyata keçiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə