Moda dünyasında yeni dəb - Zövqlü, iyrənc, yoxsa gülməli? - RƏYLƏR

“Moda anlayışı və dəblə bağlı fikir yürüdən zaman Azərbaycanı həm dünyadan ayırmaq lazım gəlir, həm də yeni çağırışlara cavab verən ölkə kimi qiymətləndiririk. Bütün dünyada elitar və orta dəb anlayışı var. Elitar dəb dedikdə İtaliyanın müxtəlif şəhərlərində, indi isə Yaponiya, Amerika və Çində hazırlanan geyimlər və onların mövsümi sərgiləri nəzərdə tutulur. Hər il ilin rəngi, ilin dəbi, ilin trendi ilə bağlı mətbuatda çıxış edirlər və modelyerlər öz yenilikləri ilə dünyanı cəlb etməyə çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, azərbaycanlılar daha çox orta və aşağı təbəqə üçün hazırlanan geyim dəstləri, moda tendensiyaları moddadır: “Azərbaycanın milli geyimləri isə yalnız bayramlarda və ya xüsusi əhəmiyyətli günlərdə geyinilir. Müasir geyim tərzi minimalist, sadə olması ilə seçilir. Həmçinin artıq qısa köynəklər də tendensiyadadır. Lakin bu cür geyimlər bizim mental dəyərlərə bir qədər ziddir. İstənilən halda insanlar geyim seçərkən sağlamlıq və rahatlıqlarını düşünərək geyim seçməlidirlər”.

Mövzu ilə bağlı modelyer Şəlalə Maqsudova fikirlərini bölüşüb: “Öndə olan modelyerlər var ki, geyim tərzini, dəbi onlar diqtə edirlər. Həmin modelyerlər hər fəsil üçün yeni rənglər, geyim tərzləri, naxışları müəyyənləşdirir və uyğun olaraq yeni kolleksiya çıxarırlar. Təbii ki, bəziləri hər zaman qəbul edilən dəblə ayaqlaşır, bəziləri isə sadəcə öz tərzlərinə uyğun geyinməyə davam edirlər. Hazırda həm kişi, həm də qadınlar tərəfindən sport geyimlərə daha çox üstünlük verilir. Artıq insanlar rahat geyinməyi seçirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə