1 aprel zarafatının tarixi nəyə söykənir ? - KULTUROLOQ DANIŞDI

“Aprelin 1-i dünyanın müxtəlif ölkələrində cürbəcür bayramlar günü kimi qeyd olunur. Bu günün tarixi Fransaya söykənir. Vaxtilə Fransada yeni ilin tarixinin dəyişilməsi ilə bağlıdır. Yəni, yanvarın 1-i kral tərəfindən yeni il bayramı elan edildikdən sonra köhnə 1 aprel yeni il günü təqviminin dəyişilməsini bir çox insanlar bayram ediblər. Həmin insanları da digərləri axmaqlar adlandırıblar. Bu fərqli ölkələrdə başqa-başqa adlarla qeyd olunur”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Fransada bu gün “axmaqlar”, digər ölkələrdə isə “gülüş” günü kimi qeyd olunur: “MDB ölkələrində isə aprelin 1-i “aldatma” günü kimi qeyd olunur. Əlbəttə, heç bir ölkənin təqvimində belə bir bayram yoxdur. Lakin buna baxmayaraq, insanlar həmin gün biri-birilə zarafatlaşır, gülüşə səbəb olurlar. Bu da insanların 1 aprelə olan xüsusi münasibətinin göstəricisidir.

Ölkələrdə bu günü təmtəraqlı keçirənlər də, sadə gün kimi qeyd edənlər də olur. İstənilən halda hər hansısa bir gün insanların bir çoxu tərəfindən maraqla qarşılanır və qeyd olunursa, bu təqdirəlayiqdir. Əgər bu gün insanların üzündə sevinc yaradırsa, demək ki, bu günü qeyd etməyə dəyər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə