"Parıltılı həyat dalınca xaricə gedənlər çoxdur" - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Son illər ölkəmizdə baş verən bir çox hadisələr sanki gənclərimizi vətənimizdən soyutmağa və sosial şəbəkədə, internetdə, TV kanallarda, filmlərdə gördüyü parıltılı həyat arxasınca xaricə getməyə sövq etdi. Ümumiyyətlə, bu, xaricə axının bir çox obyektiv, subyektiv səbəbləri var. Bu səbəblərdən biri də öz ölkəsində işsizlik, sosial problemlər, özünü razı sala bilməmək, yeni iş yerlərinin daha çox avtomatlaşdırılması, xidmət sahəsinin bir çox istiqamətləri xüsusən toy və şou-biznes ilə əlaqədar olan kreativ biznesin zəifləməsi, əlbəttə ki, Azərbaycan insanının müharibədən çıxması cəmiyyət qarşısında müəyyən iqtisadi- sosial məişət problemlərini yaratdı”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kulturoloq, analitik ekspert Aydın Xan Əbilov bildirilib.
Onun sözlərinə görə, insanlar evlənmək, ərə getmək üçün artıq həm Azərbaycan daxilində, həm də xaricdə, qlobal dünyada özlərinə tay bir insan axtarmağa başlayıblar. İndi emidemiyalara qarşı daha müqavimətli yeni nəsil uşaq gətirmək üçün hətta eyni etnik və milli məsumiyyəti olan insanların evliliyində məsləhət görülmür. Ona görə də gənclər daha çox özlərinə tay olan, gələcək həyat yoldaşlarını xaricilərin arasında tapmağa çalışırlar. Üstəlik Azərbaycanda son 40 ildə müstəqillik dönəmindən bu yana qız uşaqlarının az olması, planlı abortların çox olması və onların uşaqlarının sayının get-gedə çoxalması ona gətirib çıxartdı ki, biz oğlanlarımız üçün qızları ölkə içərisində tapa bilmirik və məcburuq onları xaricilər ilə evləndirək. Ümumiyyətlə, parıltılı həyat dalınca xaricə gedənlər çoxdur. Təəssüflər olsun ki, bunların bir çoxları yeni problemlər ilə Azərbaycan cəmiyyətinə qayıdırlar. Bu aliment problemi, övladlarının əlindən alınması, məişət və psixoloji zorakılığa məruz qalmaq ərindən qalan daşınan-daşınmaz əmlakın məhkəmə yolu ilə bölünməsidir.
Eyni zamanda onu da bildirək ki, Azərbaycanda insanlar əhatəmizdə olan qonşu, qardaş xalqların nümayəndələri ilə sövq edirlər. Bu da mühacirət və işçi axını ilə bağlıdır. Ən çox evlənənlərin siyahısında əlbəttə ki, Rusiya, İran, Türkiyə, Ukrayna, Belarus və Avropa ölkələri gəlir. Son vaxtlar Hindistan, Pakistan, Ərəb ölkələrinin nümayəndələri ilə nikahların bağlanmasını gördük. Əlbəttə ki, söz yox ki, bu insanların fərdi işidir. Bizim millətin gözəl xanımları və işgüzar bəyləri olan halda, digər insanlar arasında özünə tay tapmaq bir qədər qəribə görsənir. Lakin bu qlobal dünyada və çox sürətlə dəyişən həyat tərzləri, dünyagörüşləri var. Biz insanlarımızın bu cür seçiminə hörmətlə yanaşmalıyıq. Bu insanların gələcək həyatda Azərbaycan üçün daha faydalı olması üçün önəmlidir, nəinki hansısa bir xalqın nümayəndələri ilə ailə həyatı qurmaq. İngilis, alman, amerikan ailələrində qarışıq nikahlarda azərbaycanlıların dəyərlərinin necə qorunub saxladığı və uşaqlarına ötürdüyünü göstərən çoxlu sayda nümunələr "Tiktok"da, "Facebook"da, "İnstagram"da videoları nümunə kimi göstərə bilərəm. Ən önəmlisi seçdiyin partnyorun ailə, həyat yoldaşının hansı millətdən olduğu yox, vicdanlı, dürüst, estetik, intellektual, fəlsəfi baxışlarınızın üst-üstə düşməsi müəyyən mənada bir-birinə yaxın olması və aralarındakı hörmət önəmlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB