Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Mövzu barədə SİA sorğu aparıb.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov: "Müasir dövr öz reallıqları ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə çoxsaylı problemlər ortaya çıxarıb. Ana təbiətə vurduğum ziyanlar getdikcə bizə geri dönür. Onlardan biri də sonsuzluqdur. Bunun hərəkətsizlik, sağlam qidalanmamaq, ekologiya, çirkli hava və s. kimi bir sıra obyektiv və subyektiv səbəbləri var. Ya biz elmi tərəqqinin bütün imkanlarından istifadə edərək sonsuzluqla mübarizə aparmalıyıq, ya da demoqrafik problemlərlə üzləşməliyik. Doğrudur, son illərdə süni mayalanma ən yeni metodlarla aparılır. Amma bu məsələdə etik problemlər də ortaya çıxır. Süni mayalanma zamanı həqiqətən kişi və qadının özünün toxumalarından istifadə olunur mu? Süni mayalanma ilə bağlı toxum və sperma bankı, eyni zamanda onun sirləri nə qədər qorunur? Tərəflər süni mayalanmanın ağır şərtləri altında həyat yoldaşlarının həyata yeni uşaq gətirmək imkanlarının olmayacağını göz qabağına gətirirlərmi?
Artıq qabaqcıl ölkələrdə qan donorluğu, yumurta donorluğu, daşıyıcı ana, genetik xəritənin açılması kimi böyük tədqiqatlar aparılır. Süni mayalanmada qadınların və kişilərin valideynlik hüququnun nə qədər qorunması barədə xeyli diskussiyalar gedir. Bəzi ölkələrdə hətta bu, qadağan edilib. Bir qisim ölkələrdə isə süni mayalanma daha da inkişaf etdirilir ki, insanlar daha xoşbəxt olsunlar. Azərbaycan kimi mental dəyərləri hələ də geridə qalan bir ölkələrdə süni mayalanma ilə bağlı söz-söhbətlər həmişə çox olub. Bizim cəmiyyətdə etik məsələlər daha önəmlidir, nəinki bioloji tərəflər. Doğrudur, bir ananı başqa bir kişinin donorluğu sayəsində xoşbəxt etmək mümkündür. Amma bunun etik tərəfləri nə qədərdir? Bunlar böyük problemlərdir. Ona görə də məsələyə daha dərindən baxmaq lazımdır. Təbii ki, süni mayalanma ilə bağlı işlər getdikcə genişlənəcək. Amma süni mayalanmadan istifadə etdiyimiz müddətcə sadaladığımız dəyərlərlərə diqqət yetirmək lazımdır".
Ginekoloq Ləman Əliyeva: "Belə bir məsələdə xəstəxananın və həkimin icazəsi olmadan, heç bir qadın süni mayalanma prosesində ərini aldadıb başqa kişinin donorluğundan istifadə edə bilməz. Ümumi xəstəxananın və həkimin nəzarəti altında bütün analizlər qadının öz həyat yoldaşından götürülür. Təbii ki, qadın istədiyi kişinin spermasını xəstəxanaya təqdim edə bilməz. Ona görə də belə hallarda bütün məsuliyyət ilk növbədə xəstəxananın üzərinə düşür".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB