“Yeni nəslin istəklərinə cavab verən əsərlərin səhnələşdirilməsi vacibdir” - KULTUROLOQ DANIŞDI
“Teatr, səhnə mədəniyyəti daha çox liberallığı, azad fikirliliyi, qeyri-adiliyi sevib. Bunu həm pyesi tamaşaya qoyan yaradıcı insanlar, həm də tamaşaçılar istəyiblər. Bu da ona səbəb olub ki, dünyanın müxtəlif yerlərində olduğu kimi Azərbaycan teatrlarında da bəzən bizim mental dəyərlərə uyğun olmayan, hətta bir çox hallarda xalqın həyat tərzi və düşüncəsinə zidd olan sənət əsərləri səhnələşdirilir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, milli teatr səhnəsində bu və ya digər dərəcədə liberal baxışlı səhnə əsərlərinin tez-tez tamaşaya qoyulduğunu görmüşük: “Xalq artistimiz İlham Namiq Kamalın Musiqili Teatrın səhnəsində oynanılan tamaşalara etirazına hörmətlə yanaşırıq. Amma qəbul etməliyik ki, 21-ci əsrdir və Azərbaycan tamaşaçısı onsuz da teatrdan uzaq düşüb. Bu səbəbdən də zəmanə ilə səsləşməyən tamaşalar da artıq insanların diqqətini cəlb etmir. Müasir dövrün insanlarının dünya görüşünü və qəbul etdiyi formatları da nəzərə alaraq, yeni əsərlər tamaşaya qoyulmalıdır.
Film, serial, sosial şəbəkərlərdə açıq-saçıq görüntülər sonsuz saydadır. Amma böyüklər üçün nəzərdə tutulmuş hər hansı bir tamaşada açıq-saçıq görüntü olan kimi etiraz edirik. O zaman müxtəlif müasir rəqslərin nümayişini də izləməməliyik ?
Bütün bunlar mübahisəli məsələlərdir və müxtəlif fikirlər mövcuddur. Yaşlı nəslin məsələ ilə bağlı narahtlığını anlayırıq, lakin yeni nəslin də istəklərinə cavab verən əsərlərin səhnələşdirilməsi vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB