“Cəmiyyət özü məsələ ilə bağlı həyəcan siqnalı çalmağa başladı” - KULTUROLOQ DANIŞDI
“Son 20 ildə ölüm və qətl hadisələrinin çoxalması statistik rəqəmlərlə bağlıdır. Çünki əvvəllər Azərbaycanda 5 milyon insan yaşayırdısa, indi bu rəqəm 10 milyonu keçib. Ölkəmizə il ərzində müxtəlif yarışlar, forumlar, tədbirlər, biznes və gəzinti üçün gələn turistlərin sayı da bu xüsusda nəzərə alınmalıdır. Eyni zamanda televiziya, kinofilmlər, kompyuter və smartfon oyunları, sosial şəbəkələrdəki daimi paylaşımlar ölüm və qətllə bağlı cinayət hadisələrinin sayının artmasına səbəb oldu. Artıq cəmiyyətimizdə ölüm adiləşib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhəddində 30 il ərzində ermənilər tərəfindən atəşkəsin pozulması halları da daxil olmaqla, bir çox obyektiv və subyektiv səbəblər də bu məsələyə öz təsirini göstərir.
Bir neçə nazirliklər və dövlət qurumlarına çağırışlar etdik ki, qətl və cinayət halları ilə bağlı faktları gənclərin beynindən silmək, onları bu yoldan çəkindirmək üçün layihələr hazırlayaq. Lakin bizim fikirlərimizə diqqət ayrılmadı. Artıq problem o qədər kəskinləşdi ki, cəmiyyət özü məsələ ilə bağlı həyəcan siqnalı çalmağa başladı. Ölkəmizin ən yaxşı saytlarında ən çox oxunan xəbərlər sırasında təəssüf ki, qətl və cinayət xəbərləri yer alır.
Bu məsələdə nazirliklər və dövlət qurumlarının müxtəlif layihələr işlənməsinə ehtiyac var”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB