Dörd günlük iş rejiminə keçilir? - DİQQƏT! - EKSPERT AYDINLIQ GƏTİRDİ
“Əslində Azərbaycanda qadınların daha çox çalışdığı sahələrdə şənbə və bazar günü iş günü deyil. Bizdə əsasən qadınlar mədəniyyət və təhsil sahəsində çalışırlar. Kənd təsərrüfatında da xanımların sayı çoxdur, amma orada hər gün işləmək daha məqsədəuyğundur”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov deyib.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Dünyada nəinki şənbə bazar, hətta cümə gününün də qeyri-iş günü kimi olması üzrə müəyyən işlər aparılır. Yəni, dünyada dörd günlük iş rejiminə keçidə hazırlıq görülür.
Qadınlar ailənin aparıcı qüvvəsi olsa da, son zamanlar onların bəzilərinin canı ailəyə o qədər də yanmır: "Əvvəllər ana-bacılarımız bizim əsas ailə dayağımız sayılırdı. İndi isə restoranlarda qadınların çoxu kişilərlə nərd atmağa hazırlaşır. Ailə, uşaq və ocağa sevgi get-gedə azalmaqdadır.
Onsuz da ailəsinə canı yanan qadın istirahət etsə-etməsə də öz işini görür. Mənim yaşlı anam 8 uşaqla 3 yerdə gecə-gündüz çalışırdı. O çalışdığı üçün uğurlar əldə etdi və bizi də zəhmətə alışdırdı. İndiki qadınların çoxu isə bütün günü telefonla məşğul olub hər şeyi kişilərdən gözləyir. Bu səbəbdən də ailədə problemlər yaranır, ailələr dağılır. İnsanın başına nə gəlirsə bekar gəzməkdən gəlir. Kişi və qadın fərqi olmadan kişilər həm səmərəli istirahət etməli, həm də çalışmalıdırlar. İnsan dünyaya ancaq istirahət edib zövq almaq üçün gəlməyib ki…. Biz mənalı ömrümüzlə gələcək nəsillərə mesaj ötürməyi bacarmalıyıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB