“Tarixən insanlar sosiallaşdıqdan və ictimai-mədəni birgə yaşarlıq bərqərar oldunduqdan sonra müəyyən ictimai davranış qaydaları, əxlaq normaları, özünü cəmiyyətdə aparmaq formaları hazırlanıb ki, günümüzdə də onlardan istifadə olunur. Dünyanın ən sivil cəmiyyətlərində, keçmiş Şərq ölkələrindən tutmuş İran, Misir, Hindistan, Çin, eyni zamanda Yunan, Roma, Avropa mədəniyyəti ilə yanaşı, türkdilli dövlətlərdə də davranış qaydaları o qədər dəqiqliklə işlənilib ki, bu həm də şəriət qanunlarına və dini baxışlara da təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Kulturoloq bildirib ki, ictimaiyyətin ən çox yararlandığı yerlərdən biri də ictimai nəqliyyatdır. İctimai nəqliyyat dedikdə həm su, həm hava, həm də yerüstü avtomobil, dəmiryolunu və s. nəzərdə tuturuq. Burada insanlar mütləq şəkildə qəbul edilmiş normativlərə və ictimai davranış qaydlarına riayət etməlidirlər. İctimai nəqliyyatda yüksək səslə danışmaq, gülmək, insanlara qarşı kobudluq etmək qəbuledilməz və etik qaydaların kobudcasına pozulmasıdır. Həmçinin bəzi vətəndaşların istənilən yerdə avtobus sürücüsündən maşını saxlamağı tələb etməsi də yol mədəniyyətinə zidd hərəkətdir.
Avropa və dünyanın bir çox ölkələrində kəskin şəkildə, qanun formasında ictimai davranış qaydalarını pozan şəxslərə qarşı cəzalar tətbiq edilir. Məhz bu cür sərt cəza və ictiami qınağın tətbiq edildiyi ölkələrdə nəinki cəmiyyət içərisində, öz evlərində belə insanlar ətrafdakıların narahatlığına səbəb olacaq hərəkətlərdən qaçırlar.
Azərbaycanda bir neçə il öncə ilə müqayisədə cəmiyyət içərisində davranış qaydaları artıq oturuşmuş hal alıb. Lakin hələ də bununla bağlı bəzi məqamlarda problemlər yaşanır. Bu istiqamətdə də müəyyən maarifləndirmə tədbirləri görülməli, cəza növləri sərtləşdirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB