“Bəzi inanclar elm tərəfindən öz təsdiqini tapa bilib“ - KULTUROLOQ FİKRİ

“İnanclar bütün dövrlərdə kütlənin marağında olub. Cəmiyyətin elmi biliklər, məlumatlar az olduqda və bəşəriyyət inkişafdan qaldıqda insanlar həyatlarında bir neçə dəfə təkrarlanan hadisələri inanc kimi qəbul edib, bunu nəsildən-nəslə ötürüblər. Hətta bu inancların arxasında real anlayışlar durmasa belə, nəsildən-nəslə ötürüldüyünə görə insanların psixologiyasında daşlaşır. Hansı ki, hazırda elmin və texnologiyanın inkişaf etdiyi bir dövrdə böyüyən və yaşayan insanlar belə o inanclara inanırlar”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, inancların bir çoxu sonradan dini baxışlara həkk olunub: “Eyni zamanda bəzi inanclar elm tərəfindən öz təsdiqini də tapa bilib. Çünki inanclar ilkin təsəvvürlər olaraq formalaşıb, lakin dövrlər biri-birini əvəzlədikcə ya doğruluğu, ya da əksinə yalan olması öz təsdiqini tapıb.

Müasir dövrdə inanclardan daha çox bilik və təcrübələr, analizlər, təhlil və tədqiqatlara üstünlük verilir. İllər ərzində müxtəlif kitablar çap olunub, məqalələr yazılıb. İnancların toxunduğu bir çox mövzulara məhz alim və publisistlərin araşdırmaları ilə cavab verilib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə