"Nikah üçün özünü göstərən meyarlardan biri yaşdır" - KULTUROLOQ DANIŞDI
“Rəsmi nikaha girmək hər zaman cəmiyyət tərəfindən müsbət dəyərləndirilib. Bu zaman nikah üçün özünü göstərən meyarlardan biri isə yaşdır. Bu mənada tarixən, hazırda da evlənəcək tərəflər arasında yaş, təbəqə və s. fərqləri hər zaman olub. Təbii ki, ailə quran şəxslərin həmyaşıd olması məqsədə uyğundur. Lakin bu yaş fərqi 5-10 arasında dəyişə də bilər”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. 
Onun sözlərinə görə, cütlüklər arasında ən ideal yaş fərqi 5 hesab olunur: “Fizioloji və psixoloji cəhətlər, dünyagörüşün inkişafı və s. bu kimi məsələlər münasibətin davamlılığında böyük rola sahibdir. Bu fonda isə artıq yaş fərqi öz təsirini göstərir.
Bəyin xanımdan yaşca böyük olması məsələsi isə bir qədər mübahisəlidir. Hazırda ölkəmizdə ideal evlilik yaşı 25-30 olsa da, bu dünyada 28-35 olaraq dəyişir. Çünki həmin yaş aralığı həm qadınlar, həm də kişilərin dünyagörüşünün formalaşdığı, nə istədiyindən əmin olduğu yaşlardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB