Təhlükəli oyuncaqlarla necə mübarizə aparmalı? - ARAŞDIRMA

Müasir uşaq oyuncaqları nə qədər çeşidli olsa da, onlar arasında uşaqlara ziyan verə biləcəkləri də çoxdur. Ona görə də oyuncaq alarkən onun görünüşündən tutmuş, materialına və istifadə göstərişlərinə qədər diqqət etmək lazımdır.

Bəzi oyuncaqlar da var ki, onlara baxanda "bunu hazırlayarkən nə düşünüblər?" sualını verməmək olmur. Həm psixoloji olaraq uşaqları mənfi vərdişlərə öyrədən, həm də görünüşcə heç də birmənalı olmayan bu oyuncaqlar dünyanın bəzi ölkələrində yayılıb. Bəs, hansı oyuncaqlar təhlükəli hesab olunur? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Rusiyalı pediatr Olqa Tatarkina uşaqlar üçün təhlükəli oyuncaqları sadalayıb. Ekspertin fikrincə, ilk növbədə, oyuncaqlar yaşa uyğun olmalıdır: "Məsələn, bir yaşından kiçik uşağa kiçik detalları olan konstruktor verilməməlidir. Çünki bu, heç bir fayda gətirməyəcəkdir. Əksinə, körpə həmin kiçik detalları uda bilər. Əgər uşaq bir neçə kiçik maqnit udsa, onları ancaq cərrahi yolla çıxarmaq olar. Bütün yaşda olan uşaqlar üçün silah heç də yaxşı hədiyyə deyil. Gülləli pnevmatik tapançalar, arbaletlər, iti ucları olan oxlar, yaylar, qılınclar, xəncərlər kifayət qədər travmatikdir və uşaqların sağlamlığına ciddi ziyan vura bilər".

Həkimin sözlərinə görə, pərli oyuncaqlar da təhlükəlidir. Onlar işə salındıqda uşağın üzünü və ya gözlərini zədələyə bilər.

"Uşağınızın psixikasına zərər vermək istəmirsinizsə, bədheybətlər şəklində oyuncaqlar almayın. Musiqi alətləri də xeyli təhlükə yaradır. Tütək, fit kimi oyuncaqlar alarkən onların səsinin icazə verilən 65 desibel həddinədək olmasına diqqət yetirmək lazımdır. Əks halda uşağın eşitmə qabiliyyəti pozula bilər", - deyə ekspert xəbərdarlıq edib.

Bundan əlavə, Tatarkina müxtəlif səslər çıxaran parlaq, yanıb-sönən, parıldayan oyuncaqların da zərərli olduğunu bildirib. Belə ki, onlar hisləri həddindən artıq stimullaşdırır, nitqin inkişafını ləngidir və uşağın psixi sağlamlığını pozur.

Hansı oyuncaqlar uşaqlar üçün təhlükə doğura bilər?

1) Oyuncaq həkim seti

Tibbi oyuncaqlar kiçik hissələrdən ibarət olduğuna görə uşaqlar üçün təhlükəli sayılır. Bu hissələr uşaqların nəfəs borusuna düşə bilər.

2) Oyuncaq silahlar

Oyuncaq silahlar və su silahları məsafə düzgün müəyyən edilmədikdə gözdə və üzdə yaralanmalara səbəb ola bilir. Bu tip oyuncaqları alarkən yanında qoruyucu eynəkləri olanları seçməlisiniz.

3) Şarlar

Oyun zamanı partlaya bilərlər. Bu uşaqda karlıq kimi problemlərə yol aça bilər. Ona görə 8 yaşdan kiçik uşaqlar üçün şar alınmamalıdır.

4) Stress çarxı

Son vaxtlar sürətlə yayılan stress çarxları da uşaqlarınız üçün təhlükəlidir. Fiziki yaralara səbəb olduğu kimi, psixoloji olaraq da diqqət dağınıqlığına yol aça bilir. Amerikanın bir çox məktəbində stress çarxları qadağan edilib.

Düşünürəm ki, fərziyyələri bir kənara qoyub olan hadisələrdən də danışmalıyıq. Təhlükəli hesab edilməyən amma bədbəxt hadisələrə səbəb olmuş oyuncaqlar barədə araşdırma apararkən qarşıma bir neçə qorxunc fakt çıxdı. Həmin faktları sizə təqdim edirik:

“Yemək yeyən” oyuncaq

Qız uşaqlarını nəzərdə tutaraq istehsal olunan bu oyuncaq zərərsiz olmalı idi. Amma təəssüf ki, oyuncaq ümidləri doğrultmadı. Acanda yemək yedizdirilə bilən bu gəlinciyin ağzına mator quraşdırılıb ki, ona verilən plastik qidanı qəbul etsin. Təsadüfən uşaqlardan birinin saçı xüsusi qida əvəzinə gəlinciyin ağız hissəsinə daxil olub. Oyuncaq uşağın başının dərisini tamamilə qopardıb. Oyuncağa tətbiq edilən funksiyada “on”-“off” düyməsi olmadığından anında müdaxilə etmək mümkün olmayıb.

“Cırt-cırtlı” biləklik

Son zamanlar uşaqların ən sevimli oyuncaqlarından biri “cırt-cırtlı” biləklikdir. Rəngli biləkliklər metal parçaların köhnə plastiklərə “press”lənməsi nəticəsində düzəldilir. Bir müddətdən sonra məşhur olan oyuncağın ucuz versiyası hazırlanmağa başlandı. Elə problemlər də bundan sonra özünü büruzə verib. Slikon örtük qopduqda, metal parçası uşaqların qolunu kəsib. Araşdırmalar nəticəsində “cırt-cırtlı” oyuncağın istehsalı dayandırıldı.

Rəqqasə mələklər

Düyməni basıb, ipi dartdıqdan sonra bu gəlinciklər havada rəqs edir. Oyuncaq 6 il satıldıqdan sonra çoxsaylı şikayətlər nəticəsində satışdan yığışdırıldı. Rəqs edən gəlincik yerə düşən zaman həm uşaqların, həm də böyüklərin səhhətində problemlər yaradıb. İlk baxışdan mələk obrazı yaradan gəlincik 150 nəfərdə yaralanmaya səbəb olub.

Maqnit birləşməsi

Kiçik maqnit parçalarını birləşdirmək uşaqların xəyal gücünü inkişaf elətdirir. Amma bu birləşmələr çox vaxt körpə üçün təhlükəlidir. Belə ki, maqnit parçalarını birləşdirən kiçik dəmirlər birləşmədən çıxa bilir. 20 aylıq körpə bu kiçik dəmir parçasını udandan sonra oyuncaq satışdan yığışdırıldı.

Oyuncaq uşaqların gələcək düşüncələrinin formalaşmasına, həyatı qavramalarına kömək edir. Psixoloqlar təsdiqləyiblər ki, oyuncaqlar uşaqlar üçün həyat yolunun başlanğıcıdır. Uşaqlar üçün oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır? Uşaq oyuncaqlarını seçərkən böyüklər nəyi rəhbər tutmalıdırlar?

Hər şeydən əvvəl, hər yaşda oyuncaqların alınmasının uşaqların inkişafı və öyrənilməsi ilə əlaqələndirilməli olduğunu bilmək lazımdır. Oyunun özü nəinki sevimli uşağı maraqlandırmalı, həm də onun üçün mümkün qədər faydalı olmalıdır. Nəzərə almaq lazımdır ki, yeni oyuncaqlar həm körpənin fiziki sağlamlığına, həm də onun intellektual və əqli inkişafına düzəlməz zərər verə bilər.

- Körpələr üçün oyuncaqlar

Yaş kateqoriyası oyuncaqlar seçərkən axtarılması lazım olan ilk vacib meyardır. Körpələr üçün adətən asan təmizlənən və dezinfeksiya edilən çıngırdak və rezin oyuncaqlar alınır və istifadə olunur. Oyuncaqlar elə olmalıdır ki, uşağın dəri epitelini hər hansı şəkildə zədələyə biləcəyindən qorxmadan ağıza aparılsın.

- Bir yaşa qədər uşaqlar üçün oyuncaqlar

Aktiv şəkildə hərəkət etməyə, sürünməyə və ya ilk addımlarını atmağa başlayan bir yaşından kiçik uşaqlar üçün təkərli oyuncaqlar maraqlı və faydalı olacaqdır. Bu tip oyuncaqlar balaca insanın asudə vaxtını şaxələndirməklə yanaşı, həm də onun hərəkəti və fiziki inkişafı üçün əla stimula çevrilir. Oyuncaq seçərkən onların xarici xüsusiyyətlərini nəzərə almağa dəyər. O, nə görünüşü, nə də yüksək səs effekti ilə uşağı qorxutmamalıdır. Bu yaşda olan uşaqlar istənilən uydurma personajı çox real qəhrəman kimi qəbul edə bilirlər. Buna görə də, canavarlar və robotlar almaqdan imtina etmək, lakin rəngli kitab və ya piramida almaq daha yaxşıdır.

- 3 yaş və ondan böyük olan uşaqlar üçün oyuncaqlar

Üç yaşında uşaqların oyun fəaliyyəti aydın süjet-rol oriyentasiyası əldə edir. Yalnız nitq deyil, həm də yaradıcılıq qabiliyyətləri fəal şəkildə inkişaf edir. Buna görə də, uşaq arsenalında əsas oyuncaqlarla yanaşı, rəngli karandaşlar, flomasterlər, boyalar, plastilin, rəngli kağız, rəngləmə kitabları və yaradıcılıq üçün müxtəlif dəstlər kimi elementlər də olmalıdır. Bu yaşda hər cür konstruktor oyuncaqlar və mozaika dəstləri maraqlı və faydalı olacaq. Uşaq mağazasına baş çəkərkən unutmayın ki, müəyyən bacarıqların formalaşdırılması və düzgün inkişafı təmin etmək üçün hər bir yeni oyuncaq əvvəlkindən daha çox yönlü olmalıdır.

Yeri gəlmişkən, son günlərdə uşaqların əlində LGBT bayrağının rənglərini özündə ehtiva edən oyuncaqlar görürük. Bundan narahat olanlar da var, əhəmiyyət verməyənlər də. Ümumiyyətlə, ideoloji təsir vasitəsi kimi görünən oyuncaqların satışından narahat olmağa əsas varmı?

Bu barədə psixoloq Anara Quliyeva fikirlərini bölüşüb: “Əlbəttə ki, bunların hər biri uşaq psixologiyasına təsir edən faktorlardır. Nəzərə alaq ki, günümüzdəki bir çox problemlər insanların psixoloji zəifliyindən qaynaqlanır. Uşaqlarda cinsiyyət disforiyası, (cinsindən məmnun olmama) yəni xaricə təzahür edən cinsiyyətlə, onun üçün təyin olunan cinsiyyət arasında diqqətəçarpan uyğunsuzluqdur. Cinsi disforiya da daha çox düşüncə ilə bağlıdır. Yəni, hansısa hormonal dəyişiklikdən yaranmır, düşüncənin oturuşmasından sonra insan artıq öz bədəninə xas olan cinsi qəbul etmir, əks cinsi qəbul edir. Düşüncə isə ailənin, eyni zamanda da sosial mühitin təsirindən formalaşır. Buna görə də bu cür oyuncaqlarla, müxtəlif vasitələrlə şüuraltı edilən təsirləri uşaqlar normal olaraq qəbul edirlər. Tövsiyə edərdim ki, valideynlər uşaqlarına oyuncaq alarkən ehtiyatlı olsunlar. Ümumilikdə isə valideynlər təkcə oyuncaq seçimində yox, cizgi filmi seçimində və s. də diqqətli olmalıdırlar. Unutmayaq ki, uşaqlar ağ vərəqdirlər”.

Oyuncaqlarda uşaqları zəhərləyən kimyəvi maddələr

Ftalatlar sənaye istehsalında plastik məmulatları yumşaltmaq və elastiklik vermək üçün istifadə edilən xüsusi kimyəvi birləşmələrdir. Eyni zamanda, həkimlər bu maddələri uşaqların sağlamlığı üçün ən zərərli maddələrdən biri hesab edirlər, çünki bədəndə toplanan ftalatlar aşağıdakılara qadirdir:

Bu maddələrə ən çox bazarımızda geniş yayılmış PVC məhsullarında rast gəlinir.

Onların zərərli keyfiyyətləri oyuncaqlardan ətraf mühitə sürətlə yayılması ilə bağlıdır. Üstəlik, zəhərli birləşmələrin miqdarı malların xarab olma dərəcəsindən asılıdır.

Ftalatlar uşaq orqanizmlərinə dəri vasitəsilə və tənəffüs zamanı daxil olur və bir yaşa qədər uşaqlar tez-tez hər şeyi daddıqları üçün bu zərərli birləşmələr, şübhəsiz ki, tüpürcəklə orqanizmlərinə daxil ola bilir.

Avropa ölkələrində bu cür maddələr qadağan olunanlar arasında olsa da, ölkəmizdə hələ də PVC məhsullarına əlavə olunur. Müxtəlif plastik məhsulların bizim və uşaq orqanizmləri üçün nə qədər zərərli olduğunu anlamaqdan ötrü xüsusi müayinə aparılmalıdır. Ancaq normal şəraitdə bu həmişə mümkün olmur və oyuncaq qadcetlərinin çoxunun bizə Çindən gətirildiyini nəzərə alsanız, xüsusilə diqqətli olmalısınız.

Təhlükəli oyuncaqları “süzgəcdən keçirməyə” kömək edəcək tövsiyələr

Əlbəttə ki, oyun aksesuarları uşaqlar üçün nəzərdə tutulub, lakin onlar böyüklər tərəfindən alınır. Buna görə də yeni kukla və ya avtomobilin təhlükəsizliyinə cavabdeh olan valideynlərdir. Təhlükəli oyuncaqları faydalı və ya ən azı neytral olanlardan "süzgəcdən keçirməyə" kömək edəcək bəzi sadə tövsiyələr təklif edirik.

- İlk tövsiyə oyuncaqda və ya onu müşayiət edən sənəddə CE işarəsini tapmaqdır. Belə bir işarə məhsulun Avropa təhlükəsizlik standartlarına uyğunluğunu göstərir. Həmçinin qablaşdırmada istehsalçı və ya idxalçı haqqında danışan etiketlər olmalıdır.

- Ancaq yüksək qiymət, təəssüf ki, həmişə keyfiyyət və təhlükəsizlik göstəricisi deyil. Buna görə, bir oyuncaq satın almadan əvvəl, forumlarda anaların rəylərini və fikirlərini oxuyun, sertifikata və birbaşa mağazada istifadə üçün təlimatlara baxın.

- Bütün xəbərdarlıqları oxuduğunuzdan əmin olun. Onlar, məsələn, alov və ya suyun yanında oyuncaq istifadə etməyin qadağan edilməsi haqqında məlumat vermis ola bilərlər. Eyni zamanda, “Yalnız böyüklərin iştirakı ilə oynamaq tövsiyə olunur” xəbərdarlığı da qeyd oluna bilər.

- Oyun aksesuarlarını yaş normalarını nəzərə alaraq seçdiyinizə əmin olun. Əlbəttə ki, yeniyetmə oyuncaqları körpələr üçün uyğun deyil. Keyfiyyətli malların qablaşdırmasında və ya etiketlərində həmişə üç yaşından kiçik uşaqlar üçün potensial təhlükə barədə xəbərdarlıq işarəsi var.

- Yumşaq oyuncaq ayılar və dovşanlar "su prosedurları" üçün uyğun olmalıdır. Bundan əlavə, bu cür oyuncaqlarda kiçik hissələr - gözləri, düymələrdən ehtiyat etmək vacibdir, çünki uşaq onları dişləmək və udmaq qabiliyyətinə malikdir.

- Kifayət qədər davamlı plastikdən hazırlanmış oyuncaqları atın. Üç yaşından kiçik uşaqlar hər şeyi "tutmaq üçün" sınamağı sevirlər, buna görə də xüsusilə dişləndikdə və ya yerə çırpıldıqda zədə almayacaq plastik oyuncaqlar məqsədəuyğundur.

- Körpələr üçün oyun avadanlıqları iti, yapışqanlı və ya çıxıntılı əşyaları ehtiva etməməlidir. Uşaq bu kiçik hissələri udmaq və boğulmaq qabiliyyətinə malikdir.

- Yumşaq oyuncaqlarda, tikişlərin keyfiyyətini yoxlayın, əks halda tikişlər parçalanacaq və içlik uşağın ağzına dolacaq.

- Körpə öz yumruğunu ağzına asanlıqla yerləşdirməyi bacarır, ona görə də mütəxəssislər toplar və uşağın yumruğundan kiçik (adətən 5 santimetr) digər oyuncaqlar almamağı məsləhət görürlər.

- Güclü kimyəvi qoxu olan yumşaq plastik və rezin məhsullardan çəkinin.

- Həddindən artıq yüksək səs çıxaran musiqili və ya digər cırıltılı oyuncaqlar almayın. Bu, körpənin eşitmə funksiyasına təsir göstərə bilər.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə