Əlilliyin təkrar qiymətləndirilməsi hansı hallarda aparılır? - AYDINLIQ GƏTİRİLDİ

“Əlilliyi olan şəxsin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə, əlilliyin müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlilliyi olan şəxsin müraciəti olduqda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edə bilər”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq əlillik məsələləri üzrə sosial agent Gülər Rzayeva deyib.

“Eyni zamanda, bu hal fərdi reabilitasiya proqramına dəvət olunmuş şəxs bu prosesi üzrlü səbəb olmadan imtina etdikdə, tibbi-sosial ekspert qərarlarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildikdə də baş verə bilir. Müayinənin nəticələrinə əsasən, tibbi-sosial ekspert komissiyaları qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ləğvi barədə qərar qəbul edir. Həmin gün ərzində məlumatlar alt sistemə daxil edilir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə