Dövlət qulluqçularına ömürlük müavinət necə təyin olunur? - AYDINLIQ GƏTİRİLDİ

“Dövlət qulluqçularına ömürlük müavinət Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası qanununa əsasən inzibati və yardımçı vəzifələri olan dövlət qulluqçuları pensiya yaşına çatdıqda və ya əlilliyə görə könüllü işdən çıxdıqda ödənilir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq DOST Mərkəzi mütəxəssisi Zeynəb Bağırzadə deyib.

Onun sözlərinə görə, müavinət dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir: “Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə hesablanmış dövlət məvacibinin 15%-ni təşkil edir. Sosial müavinətin təyin edilməsi üçün vətəndaşlar DOST Mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə müraciət edə bilərlər”.

“Müavinət ömürlük təyin edilir, şəxs yenidən dövlət qulluğuna qəbul edildiyi təqdirdə dayandırılır. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə