Avvtobuslarda kondisonerlərin işləməməsinə kim məsuliyyət daşıyır? - QURUM RƏSMİSİ AÇIQLADI

“Müntəzəm marşrut xətti avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür”. Bu sözləri SİA-ya açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov yazıb.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib: “Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.

Eyni zamanda qeyd edək ki, prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə