Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq

"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən 29, 30 və 31 mart 2023-cü il tarixlərində Pirallahı rayonu ərazisində Dübəndi-Zirə mənzili 31 km pk 3-də və Zirə-Gürgan mənzilinin 35 km pk 9-da qorunmayan dəmiryol keçidlərində təmir aparılacaq. SİA xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda 150,152,180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə