Uşaqlara nə zaman cinsi tərbiyə vermək lazımdır? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Çox insan cinsi tərbiyə dedikdə tam olaraq söhbətin nədən getdiyinin fərqində olmurlar. İlk olaraq onu qeyd edim ki, cinsi tərbiyə oğlan uşaqlarının kişilərə xas xüsusiyyətlərlə, qız uşaqlarının da qadınlara xas xüsusiyyətlərlə tərbiyə edilib böyüdülməsidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ülviyyə Zeynalova deyib.

Onun szölərinə görə, artıq oğlanlar və qızlar 3 yaşdan başlayaraq cinsiyyətin fərqinə varmağa başlayırlar: "Əvvəldən uşağa izah etmək lazımdır ki, sənin intim bölgələrin var. Bu intim bölgələrə valideynlərindən və həkimindən savayı heç kim toxuna bilməz. Cinsi təcavüzlərin çoxusu insanın özünü bilməməzliyindən irəli gəlir. Uşaqlar fikirləşir ki, əgər kimsə icazəm olmadan toxuna bilirsə, mən də başqalarına toxuna bilərəm. 3-6 yaş aralığı valideynlər bu mövzularda daha diqqətli olmalıdırlar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə