"Tullantıları tinglərə dəyiş" aksiyası keçirilir - YENİLƏNİR- FOTOLAR

Bu gün “Bir ağac-min nəfəs” devizi altında növbəti dəfə “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilir. SİA xəbər verir ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində keçirilən aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə baş tutur.

Aksiya zamanı vətəndaşlar minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə