Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 16 santimetr azalıb

Martın 4-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsində 4, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 10, Şəmkirçayın Qalakənd məntəqəsində 3 santimetr artım qeydə alınıb. Suyun səviyyəsi Gəncəçayın Zurnabad məntəqəsində 1 santimetr azalıb, Kürəkçayın Toğana və Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar məntəqələrində isə dəyişməyib. Təngərüdçayın Vaqo məntəqəsində 3, Lənkərançayın Sifidor məntəqəsində isə 2 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 252 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 104 faizinə bərabərdir. Sululuq keçən il ilə müqayisədə 28 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 31 kubmetr təşkil edir. Bu da ongünlük normanın 37 faizinə bərabərdir. Sululuq keçən il ilə müqayisədə 35 faiz çoxdur.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 43 kubmetr təşkil edir. Bu da ongünlük normanın 7 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 79 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 87 santimetr təşkil edib. Bankə məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 35 santimetr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə