Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhərində qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər müəyyən edilib. SİA xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov araşdırma zamanı onların Bakı şəhər sakinləri Şamo Ələbbasov, Sabir Həsənov, Mehbarə Abdullayeva, Tofiq Həsənov və Mingəçevir şəhər sakini Tahir Əhmədovun olduğunu bildirib.
“Qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər barəsində akt tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində qanunsuz balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə