Ağacların dibi asfaltdan təmizlənib

Suraxanı rayonu, Sakit Qocayev və Əhməd Mehbalıyev küçələrində ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. SİA xəbər verir ki, xidmət rəsmisi Qafar Ağayev 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti altında ağacların dibinin Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən asfaltdan təmizləndiyini və onlara aqrotexniki xidmət göstərildiyini bildirib.

“Gələcəkdə belə hallara yol verilməməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.

Bütün xəbərlər Facebook səhifəmizdə