"Bu qərarlar gənclər siyasətinin bünövrəsində dayanan təməl daşlarıdır" - DEPUTAT DANIŞDI

"Biz ənənəvi olaraq, 2 fevralı Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər günü kimi qeyd edirik. Bu il isə 2 fevral tarixi bizim hamımız üçün ikiqat əlamətdardır. Çünki biz iki hadisəni qeyd edirik". SİA xəbər verir ki, bu sözləri “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmədə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev tərəfindən 2023-cü il Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı Heydər Əliyev ili kimi qeyd edilir: "Eyni zamanda bugünkü dinləməmiz “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” adlanır. Ulu öndər xalqın ağır günündə hakimiyyətə gəlməklə Azərbaycanı yalnız parçalamaqdan xilas etmədi, dövlətimizin dağılması təhlükəsinin qarşısını aldı. Belə çətin bir dövrdə heç zaman gəncləri də yaddan çıxartmadı, hər zaman onlarla görüşdü, təhsili və qayğıları ilə maraqlandı. Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı üç tarixi qərarı var. Bu qərarlar Azərbaycan Respublikasının dövlət gənclər siyasətinin bünövrəsində dayanan təməl daşlarıdır"

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə