"Biz sülh yolu ilə Qərbi Azərbaycana qayıdışı təmin edəcəyik" - MİLLƏT VƏKİLİ DANIŞDI

"2022-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisə baş verdi. Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızla bağlı ötən illərdə də müəyyən işlər görülürdü. Lakin əsas olaraq 2022-ci ildə bu işlə bağlı Qərbi Azərbaycan İcması təsis olundu". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı deyib.

O bildirib ki, yaradıldığı ilk gündən etibarən həm Azərbaycan daxilində, həm də ölkə xaricində yaşayan xalqımızın nümayəndələri icmanın fəaliyyətinə dəstək verir: "Hər bir Azərbaycan vətəndaşı II Qarabağ müharibəsində olduğu kimi icmanın fəaliyyətində də birlik nümayiş etdirir. Bir aydır ki, Qərbi Azərbaycan İcması yeni binasında fəaliyyət göstərir. Bu qısa müddət ərzində icmada çox böyük işlər görülüb. Bildiyiniz kimi, Qərbi Azərbaycanın 22 rayonundan soydaşlarımız deportasiya olunub. 22 rayonun hər birindən olan azərbaycanlı vətəndaşlar icmanın binasına yaxınlaşaraq öz fikirlərini, təkliflərini bildirə bilərlər. Əminik ki, biz sülh yolu il Qərbi Azərbaycana qayıdışı təmin edəcəyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə