Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ağgöl Milli Parkının əməkdaşları tərəfindən birgə keçirilən nəzarət tədbirləri zamanı Ağgöl Milli Parkının ərazisində ov edən şəxslər saxlanılıb. SİA xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Zakir və Nadir Bədirovlar, Beyləqan rayon sakini Ərzullah Mirzəyev və Rusiya Federasiyası vətəndaşı Mirquseyn Babaev olduğunu bildirib.
"Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB