"Nəqliyyat qovşağı və kompleks ərazisi hər gün qardan təmizlənir" - QURUM RƏSMİSİ AÇIQLADI
"Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayonlararası və şəhərlərarası sərnişindaşıma fəaliyyəti fasiləsiz təmin olunur". Bu sözləri SİA-ya açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) yeni mətbuat katibi Samir Səfərov deyib.
Onun sözlərinə görə, qarlı hava şəraiti ilə əlaqədar perrona qalxan yol, Nəqliyyat Qovşağı və kompleks ərazisi hər gün qardan təmizlənir: "Eyni zamanda, əraziyə duz və qum səpilir.
Rayon və şəhərlərə nəqliyyatın hərəkətində hazırda heç bir məhdudiyyət yoxdur, bütün istiqamətlər üzrə hərəkət fasiləsiz təmin edilir. AYNA tərəfindən marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət gücləndirilib. Marşrut xəttində istismar olunan avtobuslar qış mövsümünə uyğun təhciz olunub.
Səfərdən imtina edən sərnişinlərin bileti qanuna müvafiq qayadada geri qaytarıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB