"Bu il 530 min 631 e-arayış verilib" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Nazirliyin 30-dan çox e-arayış xidməti vasitəsilə bu il 530 min 631 e-arayış verilib". SİA xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında səsləndirib.

Direktor əlavə edib ki, hazırda Nazirliyin e-sistemləri 50-dən çox qurumun informasiya sistemləri ilə inteqrasiya edilib: "Həmin qurumlar tərəfindən bu il Nazirliyin informasiya sistemlərinə edilən sorğu sayı 187 milyondan çox olub. Həmçinin cari ildə Nazirlik informasiya sistemlərinin “Hökumət buludu”na keçidini tam təmin edən ilk dövlət qurumu olub"

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə