ƏƏSMN üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90,2 faizə çatıb - SƏDR AÇIQLADI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən artıq 138-i elektron, o cümlədən 51-i proaktiv qaydada göstərilir. 2022-ci il ərzində də 40 xidmətin elektronlaşdırılması ilə bağlı işlər aparılıb. SİA xəbər verir ki, bu barədə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.

O, cari ildə nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsinin 90,2 faizə çatdığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə