Aİ və NATO Ukrayna ilə həmrəy olaraq işıqları söndürdü

Rusiyanın hücumlarında infrastrukturun zədələnməsi nəticəsində Ukraynada elektrik enerjisinin kəsilməsi səbəbindən Avropa İttifaqı (Aİ) və NATO-ya aid binalarda işıqlar söndürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Belçikanın paytaxtı Brüsseldə Aİ Komissiyası, Avropa Şurası və Avropa Parlamenti kimi Aİ qurumları ilə yanaşı, NATO qərargahında da işıqlar söndürülüb.

"Rusiya 10 milyon ukraynalını soyuqda və qaranlıqda qoyub", - Aİ Komissiyasının bəyanatında deyilir.

Aİ-nin Ukraynaya elektrik kəsintilərinə qarşı yüzlərlə generator göndərərək dəstək verdiyi ifadə edilən açıqlamada, Ukraynaya generator verilməsi üçün başladılan kampaniyaya da dəstək ifadə edildi.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə