Qadın sürücülərin sayının artmasının səbəbləri nədir? -EKSPERT ŞƏRH ETDİ

" Azərbaycanda son illər xanım sürücülərin sayı durmadan artır, artıq ölkəmizdə sürücülük vəsiqəsi alan xanimların sayı 60 mini ötüb". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bu qısa müddətdə baş verən dəyişiklik yollarda da qadın sürücülərin sayının artması ilə müşahidə olunur: "Demək olmaz ki, 60 min xanım sürücü sükan arxasındadır. Bəziləri sürücülük vəsiqəsi alsa da, avtomobil idarə etmir. Lakin edənlərin də sayı artmaqdadır. Azərbaycanda qadın və kişi bərabərliyi var. Buna görə qadınların da sürücü qismində sükan arxasına keçməsi normal qarşılanır. Yol hərəkəti təhlükəsizliyi baxımından yanaşanda görürük ki, xanım sürücülərin bir çoxu təcrübəsizdir. Xanımlar yol hərəkət qaydalarını kişilərə nisbətən da az bilir. Ona görə qadınlar daha çox sürücülük təlimlərinə gedərək daha yaxşı sürücülük öyrənməli, yol hərəkəti qaydalarına bələd olmalıdırlar. Xanımların sürücülüyə marağının artmasının səbəbləri var. Bunlardan ilki ictimai nəqliyyatda sıxlığın çox olması, xüsusən, işləyən xanımları avtomobil sürməyə məcbur edir. Bilirik ki, metro və avtobuslarda sıxlıq çox olur. İnsanlar sıxlıqdan qaçmaq üçün avtomobil alırlar. Bəlkə də qadınlar arasında sorğu keçirsək görərik ki, xanımların çoxu maddiyyatı çatarsa avtomobil almağa üstünlük verər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə