Təranə: "Musa məni əzizləyir" VİDEO

Müğənnilər Təranə Qumral və Musa Musayev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı Musa haqqında ilginc sözlər deyib: "Evdə işçidən çox işləyirəm. Musanın paltarları, ayaqqabısı ilə özüm məşğulam. Heç kimə icazə vermirəm Musaya əl vursun. Özüm paltarlarını hazırlayıram. Birdən pis edərlər, nə olar? Evdən çıxmazdan əvvəl ayaqqabısına, dəsmalına baxıram".

Sənətçi verilişdə Musanın geyimlərinə kiminsə əl vurmasına imkan vermədiyini bildirib.

Təranə daha sonra "Musa məni əzizləyir: həyatım, balım, yağım, ciyərim, eşqim" sözlərini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə