Türkiyənin məşhur aktyoru Kadir İnanır 77 yaşında vəfat edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor mayın 15-də səhhətində yaranan problem səbəbindən İstanbulun Beşiktaş rayonundakı xəstəxanalardan birinə yerləşdirilib. İlkin tibbi müdaxilədən sonra həkimlərin qərarı ilə o, reanimasiya şöbəsinə köçürülüb.
Aparılan müayinələr nəticəsində K.İnanıra pnevmoniya diaqnozu qoyulub. Səhhəti ağırlaşdığından aktyor süni tənəffüs aparatına qoşulub. Həkimlərin bütün səylərinə baxmayaraq, əfsanəvi aktyorunun həyatını xilas etmək mümkün olmayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB