“Toy Story 5” (“Oyuncaqların hekayəsi 5”) cizgi filmi rəsmi premyeradan əvvəlki nümayişlərdə 17,5 milyon dollar gəlir əldə edib. “Variety”in məlumatına görə, bu nəticə 2026-cı ilin rekord göstəricisi kimi qeydə alınıb. Bundan əvvəlki ən yaxşı nəticə “Michael” filmində olmuşdu – o, ön nümayişlərdə 12,6 milyon dollar qazanmışdı.
“Toy Story 5” həmçinin rəsmi premyeradan əvvəl ən çox gəlir əldə edən ikinci animasiya filmi olub. Rekord isə 2018-ci ildə 18,5 milyon dollarla “Incredibles 2”yə məxsusdur.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB