Rusiyalı məşhur müğənni Alla Puqaçovadan xəbər var. Məlum olub ki, ulduz müğənni Rusiyadakı hesablarında 120 milyon rubldan çox (təxminən 2 milyon 687 min manat) vəsait olsa da borclarını ödəmir. Bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ifaçının hesabları 2022-ci ildən bəri 119 milyon rubl (təxminən 2 milyon 665 min) artıb. Bu məbləğin təxminən 11,5 milyon rublu (təxminən 257 min manat) faizlər hesabına əldə olunub.
Bundan başqa, o, Rusiyada müəllif hüquqlarına görə pul qazanmağa davam edir. Müğənni həmçinin pensiya və "SSRİ Xalq artisti" fəxri adına görə əlavə ödənişlər alır. Lakin bütün bunlara baxmayaraq Puqaçova Kreml yaxınlığında yerləşən mənzilinin kommunal xərclərini ödəmir. Onun kommunal borcu 100 milyon rubl (təxminən 2 milyon 240 min manat) təşkil edir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB