Maşkovun qızı ABŞ-dakı yeni işindən danışıb...

...Aktrisa Mariya Maşkova Amerika Kino Akademiyasında müəllim köməkçisi olduğunu açıqlayıb. O, xəbəri sosial şəbəkədə paylaşıb.

SİA-nın məlumatına görə, aktrisa maşın sürərkən çəkilmiş videosunu yayımlayıb.

...Bu, mənim ilk real işimdən qayıdışımdır. Nədənsə kino və teatr heç vaxt iş kimi görünmürdü. Məni Amerika akademiyalarından birində bir neçə aktyor müəlliminin köməkçisi kimi işə götürüblər.

Bunu deyən Maşkovanın sözlərinə görə, o, əvvəllər heç vaxt müəllimliklə məşğul olmayıb və “özünü belə bir rolda görməyib”.

...Ancaq məlum oldu ki, həyatımda bundan maraqlı heç nə olmayıb: Mən yeni məna tapdım.

Bunu da aktrisa deyib və əlavə edib ki, son vaxtlar ingilis dilini təkmilləşdirib və "nəhayət, özünü tapıb".

...Mən öz sahəmdə işləyirəm və tələbələr məni sevirlər, məni Maşa Supermen adlandırırlar. Çünki təcili yardım lazım olanda bir çox aktyorluq fəndləri və həqiqətən işə yarayan məşqlərlə görünürəm.

Maşkova, ABŞ-da hələ də tanınmadığını, lakin bunun hətta xoşuna gəldiyini vurğulayıb.

Xatırladaq ki, “Gözəl doğulmamış” serialının ulduzu bir neçə ildir ki, ABŞ-da yaşayır, çünki əri, pianoçu kiçik Aleksandr Slobodjanikov oradadır. Cütlük 13 yaşlı Stefaniya və 11 yaşlı Aleksandra adlı iki qız böyüdürlər.

2023-cü ildə aktrisa ABŞ vətəndaşlığını alıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə