Onlara oturmaq üçün iki “taburet” veriblər..?

Müğənni Alla Puqaçova və komediya ustası Maksim Qalkinə Laima Vaykulenin konsertində səhnədən ən uzaqda yerlər verilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cütlüyə səs mühəndislərinin oturduğu yerdən bir qədər aralıda oturmaq üçün iki “taburetka” verilib.

(...ruslar bir balaca mədəni millətdir deyə bunu “arxası olmayan stullar” kimi yazıblar -A.B.)

ayrı-ayrı arxası olmayan stullarda dostlarını dinləməli olub. Ruslar bunu video Telegram kanalında yayımlayıblar: “...bunu daha pis deyə bilməzsiniz”.

...Mühacirətdən sonra Puqaçova və əri tez-tez Rusiyanı tərk etməyi seçmiş həmkarlarının konsertlərinə getməyə başlayıblar.

Əvvəllər onları salonlarda alqışlarla qarşılayır, ön sıralar onlar üçün ayrılırdı, hətta səhnəyə də dəvət edirdilər.

Ancaq indi Alla Borisovna və Qalkin özlərini daha təvazökar aparırlar.

...Danila Kozlovskinin çıxışında zalın ortasında oturdular, Vaykulenin çıxışında isə daha da irəlilədilər.

...Laimanın iyunun 1-də verdiyi konsertdən görüntülər internetdə yayılıb, Alla və əri restoranın ən arxa tərəfində taburelərdə oturublar.

Onların niyə oraya yerləşdirildiyi məlum deyil, lakin istifadəçilər artıq aktiv şəkildə müzakirə edirlər ki, cütlük sadəcə olaraq öz təsirlərini itiriblər və buna görə də artıq birinci sıraya layiq deyillər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə