"Ay Yola" başqırd qrupu musiqi hitlərində Ledi Qaqanı geridə qoyub

…Başqırdıstandan olan qrupun treki Ledi Qaqanın “Abrakadabra”sını qabaqlayaraq Shazam-da ən populyar beş kompozisiyaya daxil olub.

SİA rus saytlarına istinadən xəbər verir.

Musiqiçilərin sözlərinə görə, qrupun yaradılması ideyası onlar Ufa üçün ənənəvi başqırd motivləri və alətlərini müasirlərlə birləşdirərək himn yazmaq istədikləri zaman yaranıb. Prodüser Ruslan Severin sözlərinə görə, başqırd dilində olan “Homey” mahnısının sözləri zəngin “Ural Batır” dastanından ilhamlanıb.

Başqırd mif və əfsanələrinin qəhrəmanlarından bəhs edir. Mahnı kurai səsləri, boğaz oxuma və müasir elektron ritmlərin qarışığına əsaslanır.

Bütün bu amillərin üst-üstə düşməsi, musiqiçilərin fikrincə, trekin uğur qazanmasına səbəb olub.

“Ay Yola” üzvləri populyarlıq qazandıqdan sonra daha çox iş gördüklərini etiraf ediblər. Onlar korporativ tədbirlərə dəvət olunurlar. Lakin qrupun arsenalında hələ ki, kifayət qədər kompozisiya yoxdur. Ona görə də ifa cəmi 30 dəqiqə davam edir, burada musiqiçilər 6 mahnı ifa edirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə