Sənətçi səhnəyə Ukrayna bayrağı ilə çıxıb…
...SİA-nın məlumatına görə, “Unian.net” yazır ki, Rusiyanın təcavüzünü pisləyən Özbəkistandan olan müğənni Nərgiz Zakirova səhnədən Ukraynanı dəstəkləyib.
Xatırladaq ki, 2072-ci ilə qədər Rusiyaya girişi qadağan edilən sənətçi bu yaxınlarda Mayamidə konsert verib.
O, çıxışı zamanı Ukrayna bayrağını götürərək bir daha ukraynalılara dəstəyini ifadə edib.
Maraqlıdır ki, video Rusiya KİV-lərinin Telegram kanallarına da sızıb.
…Mən Ukraynanın açıq səma ilə yuxuya getməsini istəyirəm. Ukraynaya eşq olsun!
Deyilənlərə görə, Nərgiz bunu səhnədən qışqırıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB