Müğənni Alsu bildirib ki, iş adamı Yan Abramovla uğursuz evliliyində çoxlu səhvlərə yol verib. SİA-nın məlumatına görə, psixoloq ilə söhbətində sənətçi ənənəvi prinsiplərə riayət edərək uzun müddət öz emosiyalarını boğduğunu deyib.
...Mən kişinin dominant olduğu müsəlman ailəsində böyümüşəm. Mən incidim, ağlaya-ağlaya getdim və heç kimə demədim. Mən doğru şeyi etdiyimi düşünürdüm, amma əslində səhv yola gedirdim.
Bunu deyən Alsu, uzun illər ərinin hörmətsiz davranışlarına dözdüyünü və güzəştə getməyə çalışdığını da əlavə edib.
Müğənni dəhşətlə xatırlayır ki, bəzi yetkin qadınlar onu baş verənlərə dözməyə çağırıb, ərinin bunu mütləq qiymətləndirəcəyinə inandırıblar.
Onların fikrincə, bu, “müdriklik” əlaməti hesab olunur. Ancaq indi Alsu anlayır ki, kin saxlamağın mənası yoxdur və tərəfdaşınızla açıq dialoq qurmaq vacibdir.
Yeri gəlmişkən, Abramovdan boşandıqdan sonra Alsu psixoloqa müraciət edib.
Onun dediyinə görə, psixoloq ona şəxsiyyətinin və özünün heç bilmədiyi keyfiyyətlərin yeni tərəflərini kəşf etməyə kömək edib.
Bunun sayəsində çətin bir il müğənni üçün xoşbəxt olub. Xüsusilə, o, daha inamlı olub və öz qabiliyyətlərinə şübhə etməyi dayandırıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə