Sloveniyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Sloveniyada xalq prezident seçkilərinin ikinci turu üçün sabah seçkiyə gedəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, oktyabrın 23-də ölkədə keçirilən prezident seçkilərində namizədlər 50 faizdən çox səs toplaya bilmədiyi üçün xalq sabah yenidən səs verəcək. Sloveniya xalqı əvvəlki seçkilərdə ən çox səs toplayan Demokratik Partiyasının dəstəklədiyi müstəqil namizəd Anze Loqar ilə Sloveniya Pirat Partiyası ilə müstəqil qadın namizəd Natasa Pirc Musar arasında seçim edəcək. Sloveniyada keçirilən seçkilərin birinci turundan sonra Sloveniya Dövlət Seçki Komissiyası verdiyi açıqlamada 7 namizəd arasında ən çox səs toplayan 2 namizədin noyabrın 13-də keçiriləcək ikinci tura yüksəldiyini bildirib. Sabahkı seçkidə bu iki namizəddən biri Sloveniyanın yeni prezidenti seçiləcək.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə