Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həm Ukraynanın, həm də Rusiyanın taxıl məhsullarını satma qabiliyyətinin bütün dünya üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan, taxıl daşınması müqaviləsinin davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Görüşdə Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib. Ərdoğan taxıl daşınmasında yaranan problemi əməkdaşlıqla həll etdiklərindən məmnunluğunu ifadə edib. Türkiyə Prezidenti Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gətirib çıxaracaq anlaşma əsasında müharibənin ədalətli həll yolu ilə sona çatması üçün diplomatik səylərin artırılması lazım olduğunu bildirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə