Ukrayna-Rusiya müharibəsində son vəziyyət NECƏDİR? - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya qoşunları Ukraynada müəyyən məğlubiyyətə uğrayırlar".Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Ukrayna hərbiçilərinin əks hücumları göstərir ki, Rusiyanın Ukrayna ərazilərində irəliləməsi səngiyib: "Bu da ABŞ və müttəfiqlərinin Ukraynaya olan hərbi maddi dəstəyinin nəticəsidir. Ona görə də Rusiyanın siyasi rəhbərliyi və prezident Putin bəyan edib ki, Rusiya Ukrayna ilə deyil, Qərblə vuruşur. Təəssüflər olsun ki, müharibənin miqyası genişlənib. Səfərbərliyin əsas səbəbi odur ki, Rusiya üçün əlavə canlı qüvvə tələb olunur. Bu səfərbərlikdən sonra Rusiyanın daxilində gərginlik yaradıb.

Cəmiyyətdə Rusiyaya qarşı olan əhval-ruhiyyə dəyişilib. Müharibə davam edir və müharibənin acınacaqlı fəsadları irəlidədir. Türkiyə tərəflər arasında dialoqun bərpa olunmasına çalışır. Baxmayaraq ki, tərəflərin mövqeləri çox fərqlidir. Lakin sülhün olması ilə bağlı ümidlər var. Bu cür ümidlərin olması müharibənin arzuolunmaz istiqamətdə inkişafına maneə olacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə