Lvov görüşü Ukrayna və Rusiya müharibəsi üçün nə vəd edir? POLİTOLOQ ŞƏRH ETDİ

"Lvovda keçirilən görüş yalnız Türkiyənin böyük zəfəri deyil, Ərdoğanın dünya miqyaslı bir siyasətçiyə çevirilməsinin sübutudur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Cümşüd Nuriyevin sözlərinə görə, Lvov da keçirilən üçtərəfli görüşdə masaya bir neçə məsələ qoyulub: " Birinci, ərzaq təhlükəsizliyi ilə bağlı Ukraynadan ərzaq məhsullarının və taxılın çıxarılmasının davamlı olması ilə bağlıdır. İkinci məsələ Rusiya və Ukrayna müharibəsinin dayanması şərtləridir. Düşünülür ki, Soçidə keçilən görüşdə Ərdoğan və Putin müharibə ilə bağlı məsələləri müzakirə edib. Rusiyanın müharibəni dayandırmaq şərtləri yəqin ki, Zelenskiyə çatdırılıb. BMT dünyanın ən böyük təşkilatı olmasına baxmayaraq, ABŞ-ın nəzarəti altındadır. Hər halda, Ərdoğan Putinin bu sahədə olan fikirlərini Quterreş vasitəsilə ABŞ-a çatdıracaq. Digər məsələ Avropaya enerji təchizatı ilə bağlı olan məsələdir. Avropada Rusiyadan aslılığı doldurmaq çox çətin prosesdir. Ukrayna hansı şərtlərlə sülhü və ya atəşkəsi qəbul edər?- bu tip suallar cavablandırılacaq. Razılaşma olubsa, bu, öz nəticəsini verəcək. Çünki müharibə 6 aydır davam edir və bu, dünyanın siyasi düzənində ciddi problem yaradıb. Bu proseslərin sonu Üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Hesablamalara görə belə bir dünya müharibəsi olduqda kiçik miqyaslı olduqda təxminən 1 milyon, böyük miqyaslı olsa 5-6 milyon əhalinin məhvi deməkdir".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə